Safnauer: İnsident üzündən prioritetləri dəyişməli olacağıq

Artıq qeyd etmişdik ki, Alpine komandası Bakıda keçiriləcək yarış üçün bir sıra texniki yeniliklər hazırlayır. Amma təbii ki, A523-ün təkmilləşdirilməsi prosesi davam edəcək və komanda növbəti yenilikləri İmolada, sonra Monreal və Silverstounda təqdim edəcək. Bu mərhələlər arasında bəzi kiçik təkmilləşdirmələr də ediləcək.

F-1.az xəbər verir ki, komandanın başçısı Otmar Safnauer Auto Motor und Sport nəşrinə arxada qalan 3 yarışı şərh edib…

Otmar Safnauer: “Keçən il etdiyimiz kimi hərəkət edəcəyik. Əgər hansısa yeni komponentin sürəti nəzərəçarpacaq dərəcədə artıracağını gözləsək, o, maşında görünəcək. Təəssüf ki, tərəqqi bir çox amillərdən asılıdır, lakin biz inanırıq ki, heç olmasa Ferrari, Mercedes və Aston Martin kimi modernləşmə tempini saxlaya bilərik.

Ancaq hər şey plana uyğun gedərsə, onda artıq İmolada A523 bir dövrədə daha 0.3 saniyə sürətli olacaq.

Hamı xatırlayır ki, Avstraliya Qran Prisi Renault-nun zavod komandası üçün iki maşının restart zamanı toqquşması ilə başa çatıb.

Problem hətta belə bir qəzanın bizə baha başa gəlməsi deyil, çünki biz məhdud büdcə üzərində işləyirik. Amma buna görə biz prioritetləri tənzimləmək məcburiyyətindəyik. İlk növbədə, Bakıda keçiriləcək yarış üçün ehtiyat hissələri bazası yaratmalıyıq. Ön qanad kimi komponentləri bir neçə həftə ərzində hazırlamaq olduqca çətindir. Bütün baş verənlərə görə planlaşdırılan yeniliklərin hamısını hazırlaya biləcəyimizi görməliyik.

Həm Pyer, həm də Esteban baş verənlərə görə üzr istəyiblər. Bu, hər ikisinin özünü günahkar hiss etdiyini göstərir. Buna görə də biz bunu adi yarış hadisəsi kimi qiymətləndiririk. Qaslinin qarşısında iki maşın var idi və onun arxa təkərləri trasda olanda Estebanın orada olduğunu bilmədən sağa keçdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*