F-1.az xatırladır verir ki, fransız sürücünün heç bir cərimə balı 2023-cü ilin may ayında baş tutacaq İmola yarışı ərəfəsinə qədər silinməyəcək. Pyer bu balları AlphaTauri-də yarışarkən qazanıb və indi yeni komandasında bir yarış buraxmaq riski ilə qarşı-qarşıyadır. Safnauer cərimə xallarının sayını artıraraq cərimə sisteminə yenidən baxmağa çağırır.
Otmar Safnauer: “Ola bilsin ki, bu mövzuda FIA ilə görüşək və dəyişdirilməsinin mümkünlüyünü müzakirə edək. Mövsümdə yarışların az olduğu bir vaxtda 12 cərimə xalı limit kimi tətbiq olunub. O vaxt sprint yarışları yox idi ki, orada da sürücülərə cərimə balları yazıla bilir. Yarışların sayına mütənasib olaraq, cərimə ballarının sayını artırsaq, bu gün sürücü 14-15 bal topladığı halda diskvalifikasiya olunmalıdır. 22 əsas və üç sprint yarışı olan bir vaxtda 12 cərimə balı limiti düzgün deyil. Bu təqdirdə sürücü daha da diqqətli davranmalı olacaq ki, mən bunu istəməzdim”.