Safnauer: Biz vəziyyəti tədricən düzəldirik

Mövsümün ilk beş yarışında Alpine komandası cəmi üç dəfə xal toplayıb və Mayamidə Renault zavod komandasının hər iki maşını yalnız ikinci dəfədir ki, ilk onluqda finiş xəttini keçib.

F-1.az xəbər verir ki, bir tərəfdən, şirkət rəhbərliyi bu cür nəticələrdən narazı olduğunu gizlətmir, digər tərəfdən, ötən həftəsonu Alpine əvvəlki iki mərhələdən daha yaxşı çıxış edib.

Otmar Safnauer: “Biz həqiqətən təkmilləşmişik. Hər iki sürücü xal qazanıb və əgər il ərzində bunu bacarsaq, o zaman mövqeyimiz xeyli möhkəmlənəcək. Biz liderlərə çox da uduzmamışıq – ən azı bu konkret trasda. Hələ 0.2 və 0.3 saniyə daha sürətli olsaydıq, Şarl Lekleri və Lyuis Həmiltonu qabaqlaya bilərdik.

Bakıda sıfırdan təqdim etdiyimiz yeniliklər işləyir və Mayamidə təsdiqləndi ki, biz ilk növbədə maşının modernləşdirilmiş altlığı sayəsində asfaltayatma qüvvəsinin artmasına nail olmuşuq. Beləliklə, biz vəziyyəti tədricən düzəldirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*