F-1.az xəbər verir ki, bu cür şayiələr gənc sürücülər proqramının yetirməsi Oskar Piastrinin McLaren-ə qalmaqallı keçidindən sonra yayılmışdı.
Otmar Safnauer: “İndi büdcənin məhdudlaşdırılması şəraitində bütün xərc maddələrinin optimallaşdırılması vacibdir. Alpine-in icraçı direktoru Loran Rossi məndən soruşdu ki, bizim hazırladığımız sürücülər başqa komandalara gedirlərsə, bəlkə biz gənc sürücülər proqramından imtina edək? Ancaq biz proqramı saxlamaq və gənc pilotlarla işləmək qərarına gəldik.
Proqramın üzvü Cək Duhən gələn il Formula2-də çıxışını davam etdirəcək və orada titul qazanmağa çalışacaq”.