Safaridə qızğın mübarizə gedir

Safari Rallisinin bitməsinə 3 etap qalmış hələ də hər şey qeyri-müəyyən olaraq qalır. Belə ki, haırda ikinci yerdə olan Kalle Rovanpera lider Sebastyen Ojye ilə fərqi bir az da azaldıb.

F-1.az bildirir ki, sona 3 etap qalmış iki sürücü arasındakı fırq 13.6 saniyəyə qədər düşüb və belə görünür ki, tərəflər son etapa qədər mübarizə aparacaqlar.

Kenyada Toyota-nın işləri qaydasında gedir. Belə ki, Elfin Evans hazırda 3-cü yerdədir. O, liderdən 2 dəqiqə 49 saniyə geri qalır. Takamoto KAtsuto isə Evansa 35.7 saniyə uduzaraq, 4-cü yerdə gedir. Bir problem yaşanmasa, Toyota Safari-də ardıcıl ikinci mövsüm ilk dördlüyü zəbt edəcək.

Toyota kvartetini Hyundai-dan Dani Sordo izləyir. İspaniyalıdan sonra M-Sport komandasının iki sürücüsü – Ott Tanak və Pyer-Lui Lube gəlir. Hyundai komandasının sürücüsü Tyerri Növill isə hazırda 9-cu yerdə yarışı davam etdirir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*