Safaridə ilk etapdan sonra lider Tanakdır

M-Sport komandasının sürücüsü Ott Tanak Safari Rallisinin ilk etapında Toyota sürücüsü Sebastyen Ojyeni 0.1 saniyə qabaqlayaraq, 1-ci olub.

F-1.az xatırladır ki, 70-ci ildönümünü qeyd edən Safari Rallisi Nairobinin mərkəzində 4.48 kilometrlik xüsusi etapla başlayıb. Bu etapda sürücülər çox yaxın mübarizə aparıblar.

Tanak Toyota-dan Elfin Evans-la olan düeldə 3.3 saniyə üstün olub. O, bütün duellərin olduğu etapda ən sürətli sürücü olub.

Ott Tanak: “Safari Rallisi çətin yarışdır. Şənbə günündən sonra görək nə olur. Bu gün çox şeyə aydınlıq gələcək”

Toyota-nın əfsanəvi sürücüsü Sebastyen Ojye isə Hyundao-dan Esapekka Lappini 3.9 saniyə qabaqlayıb. Fransalı sürücü Tanakı geridə qoymağa yaxın olsa da, finişə 0.1 saniyə gecikib.

Sebastyen Ojye: “Bu həftəsonu kenyalı tanrıların yardımına ehtiyacım var. Bəxtim olmalıdır”.

Çempionarın lideri və keçən il Safari Rallisinin qalibi olmuş Kalle Rovanpera isə ən çətin etaplardan birini keçib. Finlandiyalı sürücü Hyundai-dan Tyerri Növilli 0.3 saniyə geridə qoyub və çətin mübarizədən qalib ayrılıb. Rovanpera lider Tanakdan 2.4 saniyə geridə qalıb və üçüncü yeri tutub.

Kalle Rovanpera: “Keçənilki uğurumuzu təkrarlamağa çalışacağıq. Sadəcə stabil olmalı və yaxşı temp tutmalıyıq. Ən azından builki startımız daha yaxşı idi”.

Dördüncü yeri Növill, beşinci yeri Evans, altıncı yeri isə Safari Rallisinə ilk dəfə qatılan Lappi tutub. Toyota-dan Takamoto Katsuta yeddinci, Hyundai-dan Dani Sordo səkkizinci olsa da, ispaniyalı sürücü startda səhv etdiyi üçün ona 10 saniyə cəzası verilib və o, 16-cı yerə geriləyib. Onluğu Pyer Luis Lube, Oliver Solberq və Cordan Serderidis tamamlayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*