F-1.az xatırladır ki, Rallinin yaşayan əfsanəsi bununla da mövsümdə üçüncü qələbəsini əldə edib və Çempionatda ikinci yerə yüksəlib.
Sebastyen Ojye rallinin son gününə 13.6 saniyə fərqlə üstün başlamışdı. Son etapa gələndə isə Rovanpera fərqi 9.2 saniyəyə qədər salmışdı. Yəni ki, bonus etapı bitmədən heç kim rahat nəfəs ala bilməyəcəkdi. Ojye bonus etapında maşınını yüngülvari qayaya çırpıb və bir az vaxt itirib. Buna baxmayaraq, etapı dördüncü yerdə bitirərək, qələbəsini qoruya bilib.
Kalle Rovanpera siə bu il sadəcə 1 Ralli qazansa da, stabilliyinə görə çempionatda liderdir. O, Safari Rallisində 2-ci olaraq, bi mövsüm 4-cü dəfə podiuma yüksəlib. Finlandiyalı sürücünün çempionatdakı əsas rəqibi Tyerri Növill Safaridə problem yaşayaraq, 8-ci olub. İki sürücü arasındakı xal fərqi indi 37-yə bərabərdir.
Kenyadakı Ralli Toyota üçün düşərli olub. Yaponiyalı istehsalçı burada ilk dörd yeri tutub və ardıcıl ikinci mövsüm Safaridə ilk dördlükdə yer alıblar. Elfin evans üçüncü olaraq, podiumun son pilləsinə yüksəlib. Takamoto Katsuta isə 4-cü yeri tutub.
ancaq ralli həm Evans, həm də Katsuta üçün çətin keçib. Rallinin ikinci günündə Evansın maşınına su dolub və britaniyalı sürücü buna görə 1 dəqiqə vaxt itirərək, qələbə uğrunda mübarizədə geridə qalıb. Daha sonra isə təkəri partlayıb və qələbə onun üçün əlçatmaz olub.
Katsuta isə çərşənbə günü maşınına ziyan vurub. Cümə günü də problemlər yaşayıb. Amma şınbə və bazar günü təmiz yarışaraq, dördüncülüyü özünə təmin edib.
Hyundai M-Sport komandaları isə Safaridə əsl kabusla üzləşiblər. İki komandanın sürücüləri də problemlər yaşayıblar.
Hyundai-dan Tyerri Növill qələbə uğrunda mübarizə apararkən cümə günü asılqanını qırıb və gerilərə düşüb. Buna baxmayaraq, bonus etapını qazanıb. Sonda isə 8-ci yerlə barışmalı olub.
Hyundai-ın digər sürücüsü Esapekka Lappi yaxşı yarış keçiridi və şənbə günü 3-cü yerə yüksəlmişdi. Lakin 11-ci etapda mexaniki problem yaşayaraq, mübarizəni dayandırıb.
M-sport komandasından Ott Tanak isə Rallinin əvvəlində qələbə üçün ən real namizədlərdən biri olsa da, əvvəl donuz və zebr sürüsünə rast gəlib. Daha sonra isə təkəri partladığı üçün ilk etaplardan qələb uğrunda mübarizədən kənarda qalıb. Rallinin növbəti günlərində isə asfaltla ilişmə problemləri və iki təkər partlaması ilə tamamlayıb. Yekunda 6-cı olan 2019-cu ilin Dünya Çempionu bonus etapında ikinci yeri tutaraq, təsəlli tapıb.