Sabiq sürücülər vaxt dəyişimindən razıdırlar

Almaniyanın RTL kanalının şərhçiləri Niko Rosberq və Timo Qlok düşünürlər ki, yarış saatlarının qabağa çəkilməsi reklam cəhətdən idmana kömək edəcək.

F-1.az xatırladır ki, Liberty Media fanların televiziyadan rahat izləməsi və reklam gəlirlərini artırmaq üçün yarışların vaxtlarını 10 dəqiqə qabağa çəkib.

Niko Rosberq: “Hamımız artıq yarışların 14:00-da başlamasına öyrəşmişik. O vaxtı televizoru açıb yarışları izləyirik. İndi televizorun qarşısına startdan 10 dəqiqə tez keçəcəyik. Bu da reklamların daha çox kütləyə çatdırılmasına kömək edəcək. Məncə, pis ideya deyil, lakin görəcəyik”.

Timo Qlok: “Məncə, Liberty nə etdiyini bilir. Vəziyyəti təhlil etdilər və fanların televizorun qarşısına nə vaxt keçdiklərini bilirlər. Bunlar hesablanıbsa, doğru qərardır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*