F-1.az bildirir ki, Zlobin 2002-ci ildə Minardi komandasının test sürücüsü olmuşdu. Xatırladaq ki, Kvyat keçən həftə Ferrari komandasına developer sürücü təyin edilib.
Sergey Zlobin: “Əslində, Kvyat daha yüksək maaşlı bir işə getdi. Bəli, onu televiziyada daha az görəcəyik, amma artıq daha elit bir komandanın üzvü oldu və Ferrari sürücülərindən biri problem yaşasa, yarışacaq. Paddokun yarısı onun işlədiyi yeri xəyal edir”.