F-1.az xatırladır ki, Liberty Media idmanı satın aldıqdan sonra bəzi dəyişikliklər edib. Amerikanların son işgüzarlığı isə düzülüşdəki qızlardan imtina etmək olub.
Syuzi Volff: “Avtoidmanda 25 ildir ki, çıxış edirəm və düzülüşdəki qızlar məni heç vaxt narahat etməyiblər. Qızlar idmanın bir ənənəsidir. Əksəriyyəti gözəl geyinərək brendləri təmsil edirlər. Avstriyada isə ənənəvi geyimlərdə olurlar. Düzülüşdə olmaq qızlar üçün xüsisiyyətdir. DTM-də çıxış edərkən bir qızla danışmışdım. Tibb universitetində oxuyurdu və yarış maşınlarına yaxın olduğu üçün xoşbəxt idi. Maraqla və ümidlə izləyirəm. Qızlar getdi, bəs növbədə nə var?”