F-1.az xatırladır ki, belçikalı sürücü Malayziyada sıralanma turunda gözlənilmədən komanda yoldaşı Alonso qabaqlayaraq, 7-ci olub və ən yaxşı sıralanma turu nəticəsini əldə edib.
Stoffel Vandorn: “Bu qədər yüksək nəticə gözləmirdik. Üçüncü sessiyaya qalmaq istəyirdik, amma 7-ci yer xoş sürpriz oldu.Əslində sıralanma turu əla keçdi. Səhv etmədim və nəticəmi davamlı yaxşılaşdırdım. Bu cür trasda 7-ci olmaq bizim üçün əladır. Performansımdan razıyam. Görək yarışda nə olur. Məncə, çətin olacaq”.