S.Vandorn: “Yarışdan həzz aldım”

Sinqapurda karyerasının ən yaxşı nəticəsini əldə edən Stoffel Vandorn bildirib ki, nəticəyə görə çox xoşbəxtdir.

F-1.az xatırladır ki, belçikalı sürücü Sinqapurda 9-cu yerdən başladığı yarışda qüsursuz performans göstərərək, finişdə 7-ci yeri tutub və Formula1 karyerasının ən yüksək nəticəsini əldə edib.

Stoffel Vandorn: “Yarışda çox hadisə yaşandı. Çox əyləncəli idi və ilk hissə müxtəlif səbəblərə görə asan olmadı. Heç birimiz Sinqapurda yağışlı havada sürməmişdik. Bəlkə də, ən yaxşısı hadisələrdən qaçmaq idi. Mən də elə etdim. Yarışıma ən yaxşı formada nəzarət etdim. Bəlkə bir pillə qabaqda ola bilərdim. Yeddincilik gözlədiyimiz nəticə idi. Buna görə sevincliyəm. Yaxşı xallar qazandıq. Bu, komanda üçün yaxşı nəticədir. Yarış ərzində bəzi seçimlər etməli idik. Təkərləri dəyişmək üçün düzgün vaxtda pitə girməli idik. Burada ötmə etmək çətindir. Pitdə vaxt itirdik və buna görə də bir pillə itirdik. Coliona yarış ərzində hücumlar etsəm də, ötmə etmək çətin idi. Növbəti yarışı səbirsizliklə gözləyirəm. Xal qazanmaq üçün şansımız az olsa da, Malayziyada əlimdən gələni edəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*