Ş.Vandorn: Şumaxer öz yolunu getməlidir

Sabiq Formula1 sürücüsü Ştoffel Vandorn düşünür ki, Mik Şumaxer öz qərarını verməlidir.

F-1.az xatırladır ki, belçikalı sürücü 2018-ci ildə McLaren-dən ayrılandan sonra Formula E-yə keçmiş və 2022-ci ildə burada Dünya Çempionu olmuşdu.

Lakin o Formula1-dən tam qopmayıb və Mercedes komandasının ehtiyat sürücüsü olub. Ancaq Mercedes-in Formula E-dən ayrılması ilə DS Penske-yə keçən Vandorn “gümüşü oxlar”dan ayrılıb və Aston Martin-in ehtiyat pilotu olub.

Ştoffel Vandorn: “Hamımız karyeramızda öz yolumuzu gedirik və bi yollar fərqli olur. Buna görə də son qərarı vermək Mikin işidir. Formula E-yə getmək mənim üçün asan qərar oldu. Buraya fokuslanmışam. Burada mümkün qədər güclü olmağa çalışıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*