F-1.az xatırladır ki, belçikalı sürücü Diriyə yarışını 11-ci yerdə bitirib. Lakin icbari hücum rejimindən istifadə etmədiyi üçün yarışdan sonra onun nəticəsinə 24 saniyə əlavə olunub.
Stoffel Vandorn: “Hadisələrin açıqlaması bəsitdir. Beş dövrədən sonra göstərici ekranı itirdim və sükandakı bütün funksiyalar dayandı. Uzun sözün qısası sükanı tamamilə itirmişdim. Proseduru tətbiq etməyə çalışdım, amma bilirdim ki, cərimələnəcəm.
Nə qədər enerjim olduğunu bilmirdim. Heç nə görmürdüm. Çox bərbad gün idi”.