F-1.az xatırladır ki, Karlos Sayns fransızların heyətində icarə əsasında çıxış edir və Rikkardo ilin sonunda Red Bull-dan ayrılsa, ispaniyalı sürücü “qırmızı öküzlər”in heyətinə keçəcək. Buna görə də “sarılar” hazırda sürücü axtarışına çıxıblar.
Siril Abitebul: “Stoffel hazırda Renault-ya keçmir. Amma alternativlərimiz arasındadır. Onu da nəzərdən keçirirəm. Məncə, McLaren də çətin vəziyyətdədir. Xırdalıqları bilmirəm, amma komandasını dəyişsə, bəlkə, özünü tapar. Lakin boksun o biri hissəsində Alonso varsa, qarışıqlıqdır. Xüsusən də McLaren-in son illərdəki vəziyyətində. Ancaq Stoffel yüksək səviyyəli sürücüdür. Gələcəkdə ən yaxşılardan biri ola bilər”.