F-1.az xatırladır ki, bu il texniki reqlamentdə dəyişikliklər olacaq. McLaren bu il üçün tamamilə fərqli bir bolid, Honda isə tamamilə fərqli bir mühərrik hazırlayır.
Son podiumunu 2014-cü ilin Avstraliya yarışında qazanan McLaren-in vəziyyətini dəyərləndirən Stoffel Vandorn etiraf edib ki, bu mövsüm qələbə qazanmaq real deyil: “Harada olacağımızı bilmirik. Nəsə demək üçün tezdir. Amma McLaren inkişaf etməyə davam edəcək. Son iki mövsüm Honda üçün asan keçmədi, amma bu il önəmli bir addım atdılar və gələn bu tempi davam etdirə bilərlər. Ümid edirəm ki, rəqabətədavamlı bir bolidimiz olar və yenidən yuxarı pillələr uğrunda mübarizə apararıq. Hədəfim onluğa düşmək deyil. Qalib gəlmək istəyirəm. Bunu edə bilərikmi? Mən də bilmirəm. Böyük ehtimalla bu il alınmayacaq, amma cəhd edəcəm. McLaren-in gələcək planlarına inanıram və inanıram ki, doğru komandadayam”.