F-1.az xatırladır ki, MCL33 ilk dövrədən sonra pit yolunda dayanıb. Yenidən trasa qayıdan Vandorn bu dəfə start-finiş düzlüyündə problem yaşayıb. Lakin problemlər nahardan sonra da davam edib və belçikalı sürücü gün ərzində 38 dövrə vura bilib. Komanda üçüncü problemin hidravlik sistemdən qaynaqlandığını deyib.
Stoffel Vandorn: “Günümüz problemlərə görə pis keçdi. Bir neçə dəfə dayanmalı olduq və sabaha hazırlaşmaq üçün hamısını həll etməyə çalışdıq. Problemlər ciddi olmasa da, həll etmək vaxt aparır. Heyif ki, istədiyimiz qədər dövrə vura bilmədik. Nahardan sonra küləyə görə işlər çətin idi. Buna görə də nəticələr reallığı əks etdirmədi”.