S.Vandorn: “Problem ciddi deyil”

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, yaşadığı problem ciddi olmayıb.

F-1.az xatırladır ki, belçikalı sürücü HyperSoft təkərlərlə yaxşı nəticə göstərdikdən sonra trasa çıxa bilməyib. Səbəbi isə Renault mühərriyi ilə qazburaxma sistemi arasındakı bərkidicinin qırılması olub.

Stoffel Vandorn: “Heyif ki, qazburaxma sistemi ilə bağlı problem yaşadıq. Nahardan sonra qazburaxma sistemi qopdu və bəzi naqillərə çox istilik üfürdü. Bu naqillərdən biri əyləcə bağlıdır. Buna görə də komanda təhlükəsizlik üçün yoxlamalar etdi və çox vaxt itirdik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*