F-1.az xatırladır ki, belçikalı sürücü Formula1 karyerasında ilk dəfə sıralanma turunun son sessiyasına qalıb. Lakin 25 yaşlı sürücü bugünkü yarışa startda 2 yer itirməklə, 12-ci yerdə başlayacaq.
Stoffel Vandorn: “Komanda olaraq Monakoda güclü performans göstərməyi gözləyirdik. Burada mühərrik gücünə o qədər də ehtiyac duyulmur və buna görə də gözəl nəticə aldıq. Lakin cəzalar üstünlüyümüzü alt-üst etdi. Amma 12-ci yerdən başlayacam və gözəl startla yaxşı yer tutmaq istəyirəm. Problemlərdən uzaq qalsaq, xal ala bilərik. Qəzaya baxmayaraq, özümə inamı itirməmişəm. Yarışda da eyni formada sürəcəm. Ümid edirəm ki, gözəl xallar alarıq”.