F-1.az xatırladır ki, belçikalı sürücü testlərin son günündə 105 dövrə vuraraq, 1:39.782 zaman nəticəsi göstərib.
Stoffel Vandorn: “Ümumilikdə yaxşı gün idi. Fernandonun çırpıldığı baryerlərə çırpılmağım qəribə idi. Mənim üçün faydalı test oldu. Pirelli-nin gələnilki təkərlərini tanımaq üçün yaxşı işlədik. Yarış tempində işləyərək təkərlərin reaksiyasını yoxladıq. Daha sonra komandanın təhlil aparması üçün məlumatlar topladıq. Bunlar gələcəkdə bizə lazım olacaq.
Bütün mexaniklərə və mühəndislərə təşəkkür edirəm. Bütün mövsüm ərzində mənə kömək etdilər. Onlara xoş tətil arzu edirəm. Tezliklə yeni mövsümün hazırlıqları üçün bazaya qayıdacam”.