F-1.az xatırladır ki, belçikalı sürücü mövsümün ilk yarışı Avstraliyada 2 dövrə geridə qalaraq finişdə 13-cü olmuşdu.
Stoffel Vandorn: “Rəqabətədavamlı bolidlə yarışmırsınızsa, istedadınızı göstərə bilmərsiniz. Növbəti yarışlarda çoxlu yeniliklər etməliyik. Hazırda peletondakı ən zəif komanda bizik və bütün mövsüm belə gedə bilməz. Ümid edirəm ki, problemləri qısa müddətdə həll edərik. Mən də əlimdən gələni edəcəm. Mühəndislərlə çoxlu vaxt keçirdirik və bolidi təkmilləşdirməyə çalışırıq. Ümid edirəm ki, Çində daha güclü olarıq”.