S.Vandorn: “McLaren inkişaf edib”

Stoffel Vandorn bildirib ki, McLaren MP4-31 Bəhreyn yarışından sonra hər sahədə inkişaf edib.

F-1.az xatırladır ki, testlərin ikinci günündə McLaren ilə Barselona testlərində işitirak edən Vandorn 108 dövrə vurub və ən sürətli ikinci zaman nəticəsini göstərib.

Xatırladaq ki, belçikalı sürücü Bəhreyndə zədəli Fernando Alonsonu əvəz etmişdi.

Stoffel Vandorn: “Bolid indi daha yaxşı vəziyyətdədir.

Bəzi dövrələrdə sazlanmalarda dəyişiklik etməli olduq, amma Bəhreyn ilə müqayisədə bolid daha yaxşı idi.

Bir yarışda iştirak etdikdən sonra bolidi sürmək daha asan olsa da, Formula1-də gərək həmişə bolidə öyrəşə biləsən. Super Formula-da yarışmağım mənim bolidə tez öyrəşməyimə kömək edir.

Bolid hər sahədə əla işlədi. Bir sürücü həmişə istəyər ki, bolidi maksimum sürətlə idarə etsin, amma mən testlərdə bolidi başa düşməyə və daha yaxşı vəziyyətə gətirməyə çalışdım.

Ümumilikdə bolidin üzərində yaxşı işlədik və hər şey istədiyimiz kimi getdi. Buna görə də xoşbəxtəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*