F-1.az xatırladır ki, Vandorn McLaren komandasında keçən ilin sonunda təqaüdə çıxmış Censon Battonu əvəzləyib. Amma britaniyalıların 2017-ci il bolidi MCL32-nin ilk yarışdakı performansı həm Alonso ilə Vandornu, həm də fanları məyus edib.
Belçikalı sürücü Avstraliyada bütün həftəsonu ərzində problemlər yaşamış və yarışı sonuncu yerdə bitirmişdi. Amma 25 yaşlı sürücü komandasına güvənməkdə davam edir: “McLaren komandasında yarışmaq mənim üçün əla fürsətdir. Bu mövzuda həyəcanımı hələ itirməmişəm. Peletonda sadəcə 20 sürücü var və McLaren kimi komandanın tərkibində 20 sürücüdən biri olduğum üçün şanslıyam. Heç nə dəyişməyib. Qəbul edirəm ki, hazırda vəziyyətimiz çox pisdir, amma komanda əlindən gələni edir. Hazırkı problemləri tez bir zamanda həll etmək mümkün deyil. Addım-addım qabağa getməliyik. Bunun üçün lazımi hər şeyi etməyə hazıram. Heç nədən imtina etmirəm. Hələ karyeram yeni başlayıb. Öyrənməli olduğum şeylər və öyrəşməli olduğum traslar var. Bilirəm ki, uzun müddət McLaren komandasında olacam. Gələcəkdə rəqabətədavamlı bolidə sahib olmaq üçün əlimizdən gələni etməliyik”.