F-1.az xatırladır ki, belçikalı pilot ikiqat Dünya Çempionu Fernando Alonso ilə iki il komanda yoldaşı olmuş və fiaskoya uğramışdı.
Stoffel Vandorn: “Onunla problemim yoxdur, ancaq həmişə istədiyini əldə etdi. Komandadakı iki-üç nəfər onun istəklərini reallaşdırırdı. Komanda ona hər şey verdi. Hər sürücü komanda yoldaşını məğlub edə bilmək üçün əlavə avadanlıqlardan faydalana bilər. Kağız üzərində onu qabaqlaya bilməsəm də, komanda yoldaşları arasında ona ən yaxın olan sürücü mən idim. McLaren həmişə onun məni keçməsinə icazə verdi. Formula1 saxta dünyadır. Hamının arası yaxşı olsa da, hər kəs öz xeyirini güdür. Lakin Formula E və Le Manda əsl yarış görürsünüz. Siyasət olmur”.