S.Vandorn Manor-a keçəcəyini təkzib edib

Gənc sürücü bu barədə özü ilə heç kimin danışmadığını bildirib.

F-1.az xəbər verir ki, Stoffel Vandornun Manor-da mövsümün sonuna qədər Rio Haryantonu əvəzləyəcəyi ilə bağlı xəbərlər çıxmış, Erik Bulye isə bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirmişdi.

Stoffel Vandorn: “Bu barədə ancaq şayiələr var. Belə bir vəziyyətdə bunların olması normaldır. Digər komandaların maraqlandığını görmək xoşdur. Mən heç kimlə danışmamışam. Kimin də belə fikri varsa, yəqin ki, ilk növbədə McLaren ilə danışar. Amma hələ heç kim mənimlə əlaqəyə girməyib. Orada yarışaram? Nəsə demək çox çətindir. Bunun yaxşı və pis tərəfləri var.

Həmişə yarışmaq istəmişəm. Mən pilotam və sükan arxasında olmaq istəyirəm. Ora keçmək növbəti il üçün yaxşı hazırlıq ola bilər. Düzdür, güclü maşınları yoxdu, amma Formula1-dəki şəraitə öyrəşmək üçün yaxşıdır. Mövsümün sonuna qədər başqa traslarda yarışmağın yaxşı ola biləcəyini düşünürəm…”

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*