F-1.az xatırladır ki, belçikalı sürücü Bəhreyn Qran Prisində sıralanma turunda 1:30.525 zaman nəticəsi ilə 14-cü olub.
Stoffel Vandorn: “Bilirdik ki, çətin olacaq. Orta qrupda komandalar bir-birilərinə çox yaxındırlar – 0.1 saniyə belə böyük fərq yarada bilir. Təbii ki, əldə etdiyimiz nəticə bizi məyus edir. Dünənki sərbəst yürüşlərdən sonra onluğa düşə biləcəyimizi fikirləşirdik. Bolidin balansından razı idik, amma inkişaf edə bilmədik.
Bolid cümə günündə olduğu kimi hiss etdirir. Amma inkişaf edə bilmədik. Vəziyyəti təhlil etməliyik və səbəbləri tapmalıyıq. Yarışda daha güclüyük. Təkər Bəhreyndə çox yeyilir və bu, bizə strategiyada kömək edə bilər. Həmişə xal almaq şansı olur. Avstraliyada rəqiblərin problem yaşadığını gördük”.