F-1.az xatırladır ki, belçikalı sürücü Formula1-də 2016-cı ildə Saxir trasında debüt etmiş və xal qazanmışdı.
Stoffel Vandorn: “Avstraliya bizim üşün yaxşı keçdi və Bəhreynə xoşbəxt gedirəm. Komanda özünü yaxşı hiss edir. Amma çox iş görməliyik. Hər yarışın öz çətinliyi var və bundan xəbərdarıq. Bəhreyn mükəmməl trasdır. 2016-cı ildə Fernando Alonsonu əvəzləyərək Formula1-də debüt etmişdim. Səhmdarlarımız üçün də vacib yarışdır. Burada hava həmişə gözəldir. Sazlanmalar Avstraliyadakına nisbətən fərqli olacaq. Mühəndislərlə işləmək üçün var qüvvəmi ortaya qoymağa hazıram. Keçən il etibarlılıq cəhətdən problemlərimiz oldu. Ümid edirəm ki, bu il bəxtimiz gətirər”.