S.Vandorn: “Hədəfim Formula1-dir”

McLaren komandasının ehtiyat sürücüsü Stoffel Vandorn bildirib ki, onun hədəfi 2017-ci ildə Formula1-də yarışmaqdır...

F-1.az xatırladır ki, Stoffel Vandorn keçən il GP2 seriyasında bütün rekordları alt-üst edərək, Dünya Çempionu titulunu qazanmışdı. Belçikalı sürücü bu ildən etibarən McLaren komandasında ehtiyat sürücü olacaq.

Vandorn gələcək hədəflərindən danışıb: “Gələcək üçün danışmaq hələ tezdir. Hazırda 2016-cı ilə köklənmişəm. Əlbəttə ki, mövsün ərzində çalışacam ki, 2017-ci il üçün hazırlanım və gələn il Formula1-də olum. Burada olmaq istəyirəm.

Ümid edirəm ki, McLaren komandasında debüt edərəm. Çünki burada olmağı çox istəyirəm. Komanda ilə müqaviləm var.

Əgər McLaren-də vakansiya olmasa, digər alternativləri dəyərləndirəcəm. Amma indi bunu düşünməyin vaxtı deyil. Nəsə demək hələ tezdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*