F-1.az xatırladır ki, mövsümöncəsi testlərdə “narıncılar” keçən ilə nisbətən ən çox inkişaf etmiş kollektiv olublar.
Stoffel Vandorn: “Harada olduğumuzu hələ bilmirəm. Bunu demək tezdir. Mövsümün başlanğıcını gözləməliyik. Boliddə özümüzü yaxşı hiss etsək də, proqnoz vermək istəmirik. Bunun əvəzinə çox işləyib bolidi təkmilləşdirmək lazımdır”.