S.Vandorn gələn il də yarışacaq

Stoffel Vandornun meneceri Aleksandro Alunni Bravi sürücüsü barədə çıxan xəbərləri ciddiyə almır.

F-1.az bildirir ki, belçikalı sürücünün Montsada artıq yarışmayacağı barədə şaiyələr gəzir.

Aleksandro Alunni Bravi: “Həmişə şaiyələr olur. Amma bu həftəsonu lap çox idi. Stoffel 2018-ci ilin sonuna qədər McLaren sürücüsü kimi qalacaq. Bu dəqiqdir.

Stoffel üçün yaxşı bolid istəyirik. O, işinə fokuslanmalıdır. Mən də alternativlərə baxıram. Bizim üçün əsas seçim McLaren-dir. O, təzyiqə tab gətirə bilən əsl peşəkardır. Sakitdir, amma aqressiv də ola bilər. Gələn il 100 faiz Formula1-də yarışacaq. Təminat vermirəm, ancaq paddokdakı ən gənc sürücülərdəndir. McLaren və digər komandalar onu istəyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*