S.Vandorn: “F1-dən uzaq düşmək istəmirəm

Gələn il HWA komandası ilə Formula E-də yarışmağa hazırlaşan Stoffel Vandorn gələn il eyni zamanda Mercedes komandasının simulyator sürücüsü olacaq.

F-1.az xatırladır ki, belçikalı sürücü Əbu Dabidə McLaren-lə son yarışa çıxacaq.

Qeyd edək ki, HWA komandası 2020-ci ildə Formula E-də yerini Mercedes-ə verəcək. Vandorn bu müqaviləyə görə gələn il Mercedes komandasının test sürücüsü olacaq və eyni zamanda simulyatoru Okonla bölüşəcək.

Stoffel Vandorn: “Mercedes-in F1 simulyatorunda işləyəcəm. Beləliklə, çempion komandanın tərkibində olacağam. Həyəcanlıyam. Mənim üçün maraqlı keçid oldu. Onlara çoxlu sayda yeni fikir qazandıracağam. Bundan başqa indiyə kimi ancaq McLaren-də işlədiyim üçün aradakı fərqi görməyə fürsətim olacaq.

Formula1-lə əlaqələrimin qalması əladır. Gələcəkdə nə baş verəcəyini bilmirik. Mercedes üçüb işləmək gözəl təcrübədir. Onlar nəyə qadir olduğumu görəcəklər. Gələcəkdə sürücü bazarında nələrin dəyişəcəyini bilmirik. Bu barədə danışmaq çətindir. Hər fürsətə hazır olmalıyıq”.

Vandorn Formula1-ə qayıda bilməyəcəyi halda Formula E-nin yarışmaq üçün düzgün yer olduğunu düşünür: “Layihə ilə bağlı Toto ilə danışdıq. Mercedes cəlbedicidir. İstehsalçı komanda ilə əlaqəli olmaq önəmlidir. Buna görə də Mercedes-in təklifi cəlbedici oldu. Mercedes həmişə düzgün addımlar atır. Buna görə də Formula E-də əllərindən gələni edəcəklərinə əminəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*