Stoffel Vandorn: “Düzünü desəm, Formula 1 haqqında heç düşünmürəm. Bu mənim tərəfimdən yanlış olardı. Mən cari vəzifələrimə diqqət yetirmək istəyirəm”.
Xatırladaq ki, belçikalı sürücü son Formula E mövsümünü Penske komandasının heyətində çempion kimi başa vurub. Cari mövsümə isə çox da yaxşı başlamayıb və ilk yarışında sadəcə 1 xal ala bilib.
Artıq 30 yaşı tamam olmuş sürücünün bundan sonra F1-də daimi oturacaq əldə edəcəyi onsuz da inandırıcı görünmür…