S.Vandorn: “Ən sürətli 4-cü komanda olmalıyıq”

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, yay tətilindən əvvəl yaxşı işlər görsələr də, istədikləri yerdə deyillər.

F-1.az xatırladır ki, britaniyalılar mövsümün ilk yarısında cəmi iki Qran Pridən – Azərbaycan və Macarıstan yarışlarından xalla ayrıla biliblər və hazırda 11 xalla turnir cədvəlində sondan 2-ci yerdədirlər.

Stoffel Vandorn: “Macarıstanda çox yaxşı nəticə aldıq. Növbəti yarışların bəzilərində də bu cür nəticə qazana bilərik. Bu fürsətlərdən yaxşı istifadə etməliyik. Mövsümün əvvəlində çoxsaylı etibarlılıq problemləri yaşadığımız üçün qızıl dəyərində xallar itirdik. Bunlar mövsümün sonunda bizə baha başa gələ bilər.

Hər həftə həm komanda, həm də fərdi olaraq güclənirik. Ümid edirəm ki, tempimizi itirmədən mövsümü ən yüksək yerlərdən birində bağlayarıq. Növbəti yarışlarda məqsədimiz ən sürətli 4-cü komanda olmaqdır. Bilirik ki, bu çətindir, ancaq potensialımız var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*