F-1.az xatırladır ki, hər iki McLaren Honda sürücüsü də mühərrik cəzasına görə yarışa arxa cərgələrdən başlayacaqlar.
Stoffel Vandorn: “Sıralanma turunda neçənci olsaq da, yarışa sonuncu yerdən başlayacaqdıq. Əsas hədəfimiz yarışa fokuslanmaq idi. Sıralanma performansına fikir vermədik. İlk sessiyada balansı tapmaq üçün dolu çənlə dövrə vurdum. Cümə günü mühərrik probleminə görə dövrə vura bilməmişdik. Boliddə rahat deyildim, amma şənbə günü yaxşı idi. Bolid daha rəqabətədavamlı idi. Ümumilikdə güclü idik və yarışa hazırlaşdıq.
Bu gün yarışa son cərgədən başlayacağıq və çətin yarış olacaq. Proqnoz vermək çətindir, amma sonuncu yerdən başlamaq yaxşı hal deyil. Düzlüklərdə rəqiblərimizi keçmək asan olmayacaq. Buna görə də aqressiv olmalıyıq”.