F-1.az xatırladır ki, Vandorn bu il Formula1-də ilk tam mövsümünü keçirir və hələlik ən yaxşı nəticəsini Avstraliyada 13-cü yeri tutaraq, əldə edib.
Stoffel Vandorn: “Bu hal inkişafım üçün yaxşıdır. Pis vəziyyətdə olsaq da, mənim öyrənəsi çox şeyim var və bütün diqqətimi buna vermək istəyirəm. Yarışdığım bütün seriyalarda müxtəlif çətinliklərlə mübarizə aparmalı oldum. Həmişə qələbələr və çempionluqlar üçün mübarizə aparırdım, amma bu dəfə məqsədimiz fərqlidir. Pis keçən yarışlardan da çox şey öyrənə bilərik. Mən də yarışdan sonra təhlillər apararaq, daha yaxşı vəziyyətə gəlməyə çalışıram”.