S.Vandorn: “Bolid ralli maşını kimi gedirdi”

McLaren Honda komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, bolidi zədələndiyi üçün özünü "ralli avtomobili" kimi aparıb.

F-1.az xatırladır ki, belçikalı sürücü Əbu Dabi yarışında 12-ci yeri tutub.

Stoffel Vandorn: “Yarışa başlamaq çətin idi. Deyəsən boliddə problem var idi. Ən azından bəzi şeylər əvvəldən düz işləmirdi. Ralli avtomobili kimi idi. Təkərləri dəyişdirmək və zədənin vəziyyətinə baxmaq üçün pitə gəldim, amma problem pitlərdən sonra da davam etdi. Tempim düzəldi, amma lazımi səviyyədə yaxşı ola bilmədim.

Asfaltla ilişmə yox idi. Bolid hər yerdə sürüşürdü. Məlumatları təhlil edib problemi tapmalıyıq.

Maqnussen və arxasındakı qrupu necə saxladım, bilmirəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını etdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*