S.Vandorn: “Battonun komandada olması məni narahat etmir”

Stoffel Vandorn bildirib ki, McLaren-də 3 sürücü müqaviləsinin olması onu narahat etmir.

F-1.az xatırladır ki, Vandorn gələn il McLaren komandasında Censon Battonu əvəz edəcək.

Stoffel Vandorn: “Hazırda sadəcə yarışacağım ilk yarış barədə düşünürəm. Daha əvvəl qazandığım çempionluqlar kimi Formula1-də də əlimdən gələni edərək, komandama kömək etmək istəyirəm. Komanda olaraq 2017-ci ildə qalib gəlməyi çox istəyirik və bu uğurun bir hissəsi olmaq məni xoşbəxt edər.

Çox yaxşı olmasa da, bəzi vacib işlər gördüm. Mövsüm ərzində McLaren komandası ilə idim və simulyatorda işlədim. Buna görə də Formula1-ə fokuslanmışdım. Gələn il yarışacağım rəsmiləşəndə isə mühəndislərlə çoxlu vaxt keçirməyə başladım. Əlimdən gəldiyi qədər simulyatorda işləyirəm. Gələnilki bolidin inkişafı ilə yaxından maraqlanıram. Ümid edirəm ki, hər şey istədiyimiz kimi gedər və ön qrupla fərqi bağlayarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*