S.Vandorn: “Battonu keçəcəyimi gözləmirdim”

McLaren Honda komandasının debütant sürücüsü Stoffel Vandorn bildirib ki, sıralanma turunda komanda yoldaşını qabaqlaması onun üçün sürpriz olub...

F-1.az xatırladır ki, belçikalı sürücü karyerasının ilk sıralanma turunda komanda yoldaşı Battonu qabaqlayıb: Vandorn 12-ci, Batton isə 14-cü yeri tutub. Qeyd edək ki, Fernando Alonso zədələndiyi üçün Stoffel Vandorn Bəhreyndə sükanın arxasına keçib.

Stoffel Vandorn: “Bu gün sıralanma turu barədə heç bir şikayət edə bilmərəm. Doğrudan da nə olacağını bilmirdim. Karyeramda ilk sıralanma turum idi. Amma dünən özümü yaxşı hiss edirdim. Bugünkü sərbəst yürüşlər də bizim üçün əla keçdi. Özümü boliddə yaxşı hiss etdim.

Censonu keçdiyimi biləndə təəccübləndim. Amma sərbəst yürüşlərdən sonra bilirdim ki, ona yaxın olacam. İlk sıralanma turu performansımdan razıyam.

Həmişə təkmilləşə bilərsiniz, amma bu gün yaxşı dövrə atdım. Əgər bir cəhdim də olsaydı, daha yaxşı nəticə əldə edə bilərdim. Yarışda hər şey ola bilər, amma əminəm ki, bizim üçün yaxşı olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*