S.Vandorn: “Batton və Alonso ilə eyni sürətə sahibəm”

Stoffel Vandorn Silverstoun testlərindən sonra bildirib ki, Alonso və Batton ilə mübarizə edəcək sürətə sahibdir...

F-1.az xatırladır ki, Vandorn bu il mövsümöncəsi və mövsümiçi testlərə çıxıb və güclü performans göstərib. Belçikalı sürücü Bəhreyndə karyerasının ilk yarışına çıxmışdı və 10-cu yeri tutaraq, ilk xalını qazanmışdı. Gənc sürücü gələcəkdə Formula1-də yarışmağı hədəfləyir.

Jurnalistlər Vandorndan texniki heyətlə məlumatların qarşılıqlı mübadilə qabiliyyəti barədə soruşublar: “Bəli, bunun üçün heç bir səbəb görmürəm. F1 bolidində bir neçə gün keçirdikdən sonra Alonso və Battona sürət cəhətdən yaxın olduğumu göstərdim. Mənim əsas məqsədim McIaren-də yarışmaqdır. Gələn il komandanın bir üzvü olmaq istəyirəm. Bu komandanın yarış sürücüsü olaq istəyirəm. Əgər bu mümkün olmasa, digər alternativlərə baxacam”.

Qeyd edək ki, şaiyələrə görə Renault gələn il Palmerin yeri üçün ya Vandornu, ya da Okonu transfer etmək istəyir…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*