F-1.az bildirir ki, Vandorn cümə sərbəst yürüşlərində 19-cu olsa da, gün ərzində yarış tempinə fokuslanıb.
Stoffel Vandorn: “Yaxşı gün idi. Bəzi yeniliklərimiz var idi və əsas məqsədimiz onları anlamaq idi. Hələ çox inkişaf etməliyik. Bu gün doğru yöndə addımlar atdıq. Özümü çox yaxşı hiss edirəm. UltraSoft təkərlə vurduğum dövrədə traffik var idi. Bundan başqa bir az divara sürtündüm. Belə olanda da ən sürətli dövrə SuperSoft təkərlə vurmalı oldum. Hələ çox yeniliklər gələcək. Ümid edirəm ki, yaxşı olar”.