F-1.az xatırladır ki, Sergey Sirotkin 2016-cı ilin əvvəlində Renault-nun proqramına qoşulmuşdu. Renault-nun sabiq rəhbəri Frederik Vassyör bildirmişdi ki, Sirotkinə daha çox test şansı verəcəklər. Amma Vassyör yanvarda komandadan ayrıldıqdan sonra rusiyalı sürücünün vəziyyəti qeyri-müəyyən olaraq qalmışdı.
Boris Rotenberq: “Proqram dəyişməyəcək. Sadəcə Renault-da dəyişiklik oldu. Sergey üçün isə heç nə dəyişməyəcək. Eyni yolu izləyəcək. Formula1-dəki gələcək planlarını tezliklə açıqlayacağıq. Vassyörlə də görüşüb danışmışıq. İndi yeni Renault rəhbəri ilə görüşməliyik. Vassyör bizə dedi ki, Renault ilə münasibətdə heç nə dəyişməyəcək. Yeni rəhbərlə də görüşüb, şərtləri qəbul edəcəyinə əmin olmalıyıq”.