F-1.az xatırladır ki, rusiyalı sürücünün transferi Williams komandasına 20 milyon dollar vəsait gətirəcək. Amma SMP Racing-dən Dmitriy Samokurov bildirib ki, bu pul bolidin inkişafına xərclənəcək: “Müqavilənin kommersiya tərəfi çox gizlidir. Amma bu pul texnologiyanın inkişafı üçün istifadə olunacaq. Daha açıq desək, Williams-la müqaviləmiz bolidi gücləndirəcək”.
SMP Racing-dən Boris Rotenberg də eyni fikirdədir: “Pul avtoidmanda həmişə vacibdir. Bu, bahalı idman növüdür. Amma Sergey boliddə performansını göstərə bildi. Əbu Dabidə əlindən gələni edərək hamını təəccübləndirdi. Bəli, sərmayə qoyuruq, amma bunu texnologiyanın inkişafı üçün edirik”.