F-1.az xəbər verir ki, rusiyalı sürücü testlərin 6-cı günüdə 80 dövrə vurub. 1.22.350 zaman nəticəsi göstərən 22 yaşlı sürücü 14-cü olub.
Sergey Sirotkin: “Bir neçə kiçik problemi saymasaq, yaxşı gün idi. İlk dəfə yarış tempində sürdüm və çoxlu dövrə vurdum. Buna görə özümü yaxşı hiss edirəm. Problemi tezliklə həll edə bildik. Ümumilikdə gedişatdan razıyıq”.