S.Sirotkin vətənində trasa çıxacaq

Renault komandasının ehtiyat sürücüsü olan Sergey Sirotkin Rusiya Qran Prisinin birinci sessiyasında trasa çıxacaq.

F-1.az xatırladır ki, rusiyalı sürücü Renault R.S.17-ni ilk dəfə Bəhreyndəki mövsümiçi testlərdə idarə etmişdi. Sirotkin Soçidə birinci sərbəst yürüşlərdə Niko Hülkenberqi əvəz edəcək.

Sergey Sirotkin: “Sözün açığı, bunun üçün səbirsizlənirəm. Bir il içində öyrəndim ki, sükan arxasına keçmək elə də asan deyil. Digər sürücülər trasda mübarizə apararkən kənarda onları izləmək çox əsəbpozucudur, çünki mən də orada olmaq istəyirəm. Komanda ilə çox şey öyrənirəm. Əyləncəli proses olsa da, yarışmağın həzzini vermir.

Amma buraya komandanın istəklərini yerinə yetirmək üçün gəlmişəm. Birinci sərbəst yürüşlərə də belə yanaşıram. Aerodinamika testləri etməliyəmsə, edərəm. UltraSoft təkərlərlə sıralanma tempində işləməliyəmsə, onu da edərəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*