F-1.az xatırladır ki, rusiyalı sürücü Bəhreyndə sıralanma turunda 18-ci olub və karyerasında ikinci Qran Pridə də növbəti sessiyaya qala bilməyib.
Sergey Sirotkin: “Məncə, daha yaxşı nəticə göstərə bilərdik. İlk dövrəm yaxşı idi. İkinci cəhdimdə isə trafikdə qaldım. Sürətli dövrəyə Sauber-in gerisində başladım. İlk cəhdimdən daha yaxşı nəticə göstərməyə yaxın idim. 0.2-0.3 saniyə sürətli ola bilərdim. Amma ikinci sessiyaya qalardıqmı, bilmirəm. Məncə, Avstraliya yarışına nisbətən güclüyük. Eyni səhvləri etmirik. Daha yaxşı işləyirik və bundan razıyam”.