F-1.az xatırladır ki, rusiyalı sürücü sıralanma turunda 1:24.922 zaman nəticəsi göstərərək, 19-cu olub və yalnız Pyer Qaslini qabaqlayıb.
Sergey Sirotkin: “Günümüz asan keçmədi. Səhər hava fərqli idi. Sıralanma turunda da hava dəyişdi. Əvvəl hər şey yaxşı getsə də, sonda heç nə istədiyimiz kimi olmadı. Rəqiblərimiz isə təkmilləşdilər. Mənim üçün asan təcrübə deyildi. Detalları təhlil etməliyik. Harada zəif olduğumuzu anlamalıyıq. Yarışda yüksəlməliyik. Hədəfimiz bu olsa da, bu barədə danışmaq tezdir. İlk yarışım üçün səbirsizlənirəm”.