S.Sirotkin Renault-nun test sürücüsü seçilib

GP2-də çıxış edən Sergey Sirotkin Renault komandasının inkişaf proqramına qoşulub. Rusiyalı sürücü Soçidə cümə günü sərbəst yürüşlərində iştirak edəcək...

F-1.az xatırladır ki, Sirotkin gənc yaşlarında əvvəlcə Formula Renault 3.5-də, daha sonra isə GP2-də diqqət mərkəzinə düşüb. Rusiyalı sürücü 2013-cü ildə Sauber komandasına transfer olunmağa yaxın olsa da, sövdələşmə sonradan alınmayıb.

Amma Sergey Sirotkin Renault komandasının test sürücüsü kimi trasa çıxacaq. Rusiyalı sürücü Soçi yarışından başlayaraq, bəzi sərbəst yürüşlərdə iştirak edəcək. Sirotkin sərbəst yürüşlərdə Maqnusseni əvəz edəcək.

Sergey Sirotkin: “Bu mənim üçün əla şansdır.

Hələ də inana bilmirəm. Formula1 bütün gənc sürücülərin olmaq istədiyi yerdir. Mən çalışacam ki, hər şeyi tez öyrənim. Sərbəst yürüşlərdə komandam üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, Sirotkin keçən il GP2-də debüt edib və üçüncü yeri tutub. Rusiyalı sürücü GP2-də yarışmağa davam edəcək. 20 yaşlı sürücü bu ildən etibarən ART Grand Prix komandasında çıxış edir. Qeyd edək ki, ART komandasının qurucularından biri də Renault Formula1 komandasının rəhbəri Frederik Vassyördür.

Qeyd edək ki, Sirotkin 2013-cü ildə Sauber komandası ilə müqavilə bağlamışdı və 2014-cü ilin Soçi QP-də sərbəst yürüşlərdə iştirak etmişdi.

Sirotkin hazırda Esteban Okon və Oliver Roulandla bir yerdə Renault inkişaf proqramının bir üzvüdür.

Xatırladaq ki, Rusiyanın ilk Formula1 sürücüsü Vitali Petrov da Renault komandasında debüt etmişdi…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*