S.Sirotkin Renault-nun ehtiyat sürücüsü seçilib

SMP Racing-in sürücü proqramının üzvü Sergey Sirotkin bu mövsüm Renault-nun ehtiyat sürücüsü olmağa davam edəcək. O, Avstriya Qran Prisindən əvvəl komandaya qoşulacaq.

F-1.az xatıradır ki, rusiyalı pilot 2018-ci ildə Williams-ın tərkibində bütün mövsüm boyunca yarışıb, İtaliya Qran Prisində karyerasında hələlik yeganə olan xalı qazanıb. Keçən ili isə McLaren və Renault komandalarında ehtiyat sürücü kimi keçirib. Sirotkin bu rolunu Renault-da qarşıdakı mövsümdə də davam etdirəcək.

Sergey Sirotkin: “Renault DP World F1 komandasının üçüncü və ehtiyat sürücüsü roluna qayıtmaqdan məmnunam. Onlarla keçən ildən yaxşı tanışam. Bir komandanın xüsusilə də, mövcud vəziyyətdə hər an əvəzetməyə hazır olacaq üçüncü pilota sahib olmasının nə qədər vacib olduğunu başa düşürəm. Hər zaman olduğu kimi, diqqətli və motivasiyalıyam, Formula1 maşınını yenidən idarə etməyə hazıram. Tezliklə Renault-dakı dostlarımı görəcəyim üçün xoşbəxtəm”.

Siril Abitebul: “Sergeyi yenidən komandaya dəvət etməkdən məmnunuq. İndiki vəziyyətdə hər şey üçün bir planın olması vacibdir. Sergeyi yaxşı tanıyırıq, o da komandanı tanıyır. Onu bu həftəsonu Avstriyada gördükdə sevinəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*