F-1.az xatırladır ki, Jak Vilnöv Williams komandasının geridə qalmasının səbəbi kimi Kubitsanı göstərmişdi.
Sergey Sirtokin: “Texniki cəhətdən mümkündür. Amma Roberti tanıyıram və yaxşı adamdır. Belə insan bu hərəkəti eləməz. Bundan başqa testlərdə bolidin inkişafı üçün işləyirsiniz. Buna görə də bolidi sabotaj etmək heç də asan deyil. Komanda verilən məlumatlrı 10 dəfə təhlil etdikdən sonra dəyərləndirir”.