F-1.az xatırladır ki, hər iki Williams sürücüsü Bəhreyndəki sıralanma turunda ikinci sessiyaya qala bilməyiblər. Yarışda isə 16 və 17-ci olaraq növbəti dəfə evlərinə əliboş qayıdıblar.
Sergey Sirotkin: “Çətin keçən həftəsonundan sonra əhvalımız yaxşı deyil. Kənardan axmağa oxşadığımızı hiss edirəm. Hər şey göz qabağındadır və buradan müsbət bir şey tapmaq çətindir. Amma onu deyə bilərəm ki, mən sürücü kimi çox şey öyrəndim. Komanda olaraq da bəzi məlumatlar topladıq. Bəzi müsbət tərəfləri görürəm. Bəli, yarış tempində sıralanma tempindən də geridəyik”.